İstanbul, 25 iyul, Günel Karatepe, AZƏRTAC
Bu həftə Rusiya Prezidenti Vladimir Putin və ABŞ Prezidenti Donald Tramp ilə görüşlər keçirməklə, bu liderləri İstanbulda bir araya gətirmək üçün çalışacağıq.
AZƏRTAC xəbər verir ki, bu fikirləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İstanbulda mətbuat nümayəndələrinə açıqlamasında bildirib.
Türkiyənin meşə yanğınları ilə bağlı çox böyük bir fəlakətlə üz-üzə qaldığını deyən Ərdoğan əlavə edib: “Bu fəlakət zamanı bütün yanğınsöndürənlərimiz əllərindən gələn hər cür qəhrəmanlığı göstərdilər. Hazırda 27 təyyarə, 105 helikopter, 6 min quru texnikası və 25 minə yaxın işçi qüvvəsi ilə yanğınlarla mübarizə davam edir”.
Qeyd edək ki, bu gün Türkiyənin Antalya vilayətinin üç rayonunda meşə yanğını baş verib. Qabaqlayıcı tədbirlər çərçivəsində iki məhəllə tamamilə boşaldılıb. Hadisə ilə bağlı bir nəfər saxlanılıb.