AZ

Polşa və ABŞ arasında 4 milyardlıq hərbi saziş imzalandı

Polşa və ABŞ Müdafiə Nazirlikləri arasında Xarici Hərbi Maliyyələşdirmə proqramı çərçivəsində Varşavaya 4 milyard dollar kredit zəmanətinin verilməsi haqqında saziş imzalayıb.

Axar.az xəbər verir ki, bu barədə Polşa Müdafiə Nazirliyinin X hesabında məlumat yayılıb.

“Polşanın müdafiə naziri Vladislav Kosinyak-Kamış Xarici Hərbi Maliyyələşdirmə proqramı çərçivəsində ABŞ-ın Polşaya kredit zəmanətlərinin ayrılması haqqında saziş imzalayıb”, - məlumatda deyilib.

Kosinyak-Kamış imzalanma mərasimində vurğulayıb ki, Polşa ABŞ-ın hərbi kreditləşdirmə proqramının ən böyük benefisiarına çevrilib:

“Xarici hərbi maliyyələşdirmə proqramı çərçivəsində ABŞ Polşaya 4 milyard dollar məbləğində kredit zəmanəti verəcək. Vəsait Polşa Silahlı Qüvvələrinin modernləşdirilməsinə sərf olunacaq”.

Seçilən
102
2
axar.az

3Mənbələr