BBC News Azərbaycanca Xidmətinin hazırladığı xəbərləri, təhlilləri və videoları birbaşa WhatsApp Kanalımızda izləyin. Qoşulmaq üçün linkə klikləyin.
Azərbaycanın Baş naziri Rusiyada keçirilən beynəlxalq tədbirə getməyib.
Bu məqalədə Google YouTube məzmunu mövcuddur. Nə isə yüklənməmişdən əvvəl icazənizi istəyirik, çünki onlar kukilərdən və digər texnologiyalardan istifadə edə bilərlər. Qəbul etməzdən əvvəl Google YouTube kuki siyasəti və gizlilik siyasəti barədə oxumaq istəyə bilərsiniz. Bu məzmunu görmək üçün "qəbul edin və davam edin".
Bu, Rusiya ilə Azərbaycan münasibətləri pisləşəndən bəri Azərbaycanın iştirak etmədiyi ikinci tədbirdir.
Azərbaycan iyulun 18-də Moskvada keçirilən Müstəqil Dövlətlər Birliyinin İqtisadi Şurasının iclasına da qatılmayıb.
Bu ilin iyununda Düşənbədə keçirilən MDB Baş nazirlər Şurasının toplantısında, Rusiya Baş naziri Mixail Mişustin həmkarlarını Altayda keçiriləcək ekoloji tədbirə dəvət etmişdi.
Həmin vaxt Əli Əsədov da MDB Baş nazirlər Şurasının bu toplantısında iştiak edib.
Amma onun Mixail Mişustin-in Altay dəvətini qəbul edib-etmədiyi məlum deyil.
BBC Azərbaycanca bununla bağlı Nazirlər Kabinetindən cavab ala bilməyib.
Altayda keçirilən 3 günlük tədbirdə Rusiya, Ermənistan, Belarus, Qazaxıstan Baş nazirləri iştirak edib.
Qırğızıstan, Tacikistan, Özbəkistan və Türkmənistandan dövlət rəsmiləri qatılıb.
Rəsmi məlumatda Azərbaycandan dövlət rəsmilərinin iştirakı ilə bağlı məlumat yoxdur.
Rusiya ilə Azərbaycanın münasibətləri AZAL təyyarə qəzası olandan bəri, yeddi aydır ki, gərgindir.
Rusiya polisinin iyun ayında Yekaterinburqda azərbaycanlılara hücumundan sonra vəziyyət daha da pisləşib.
Son hadisələrdən sonra Azərbaycan ilə Rusiya arasında yüksək səviyyəli dövlət rəsmilərinin görüşləri keçirilmir.
Rəsmi Bakı və Moskva bir-birlərinə qarşı jurnalistlərin və diaspora nümayəndələrinin həbsi kimi addımlar atıblar.
Video açılmırsa, Youtube kanalımızda baxın.