Bakupost portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.
Fransa Prezidenti Emmanuel Makron Fələstini müstəqil dövlət kimi rəsmi şəkildə tanımağa hazır olduğunu bəyan edib. Müvafiq açıqlamanın BMT Baş Assambleyasında verilməsi planlaşdırılır. Makron sosial şəbəkələrdəki müraciətində Fransanın Fələstin xalqının öz müqəddəratını təyinetmə hüququnu dəstəklədiyini vurğulayıb. Hazırda Fələstini BMT-yə üzv olan 193 ölkədən 147-si tanıyır.
Bakupost.az xarici KİV-ə istinadən xəbər verir ki, İsrailin Baş naziri Binyamin Netanyahu bu təşəbbüsü sərt şəkildə tənqid edərək “terrora təşviq” adlandırıb. O, oktyabrın 7-də HƏMAS tərəfindən həyata keçirilmiş hücumu xatırladaraq bildirib ki, Fələstinin tanınması İsrailin təhlükəsizliyi üçün təhdid yaradacaq və yeni dövlət “yəhudi dövlətinin məhvi üçün dayaq nöqtəsi”nə çevriləcək. Oxşar mövqeni ABŞ dövlət katibi Marko Rubio da ifadə edib. O, belə bir addımın “HƏMAS-ın təbliğatına xidmət etdiyini və sülh prosesini sarsıtdığını” söyləyib.
Fransanın bu qərarı İsrailə qarşı diplomatik təzyiqləri artıra bilər. Lakin Təl-Əvivin əsas müttəfiqi olan Vaşinqton BMT-də bu istiqamətdəki təşəbbüsləri hələ də bloklamaqda davam edir.
Lalə, BakuPost
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.