Bakı. Trend:
Rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev 25 iyultarixində Horadiz şəhərində Beyləqan, İmişli, Xocavənd və Füzulirayonlarının sakinlərini qəbul edib.
Görüşdən əvvəl nazir Azərbaycan xalqının Ümummilli Lideri HeydərƏliyevin abidəsini ziyarət edib və önünə gül dəstəsi qoyub.
Vətəndaşların qəbulu zamanı nəqliyyat, telekommunikasiya, ocümlədən internet, teleradio yayımı və poçt xidmətləri ilə bağlımüraciətlərə baxılıb.
Müraciətlərin mövcud qanunvericiliyin tələblərinə uyğun vəoperativ şəkildə araşdırılması ilə əlaqədar Nazirliyin aidiyyətiqurumlarının rəhbərlərinə tapşırıqlar verilib.
Vətəndaşların müraciətlərində göstərilən problemlərin bir qismidərhal müsbət həllini tapıb.
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin fəaliyyət sahələrinəaid olmayan məsələlərlə bağlı müraciətlər isə qeydiyyata alınıb vəmüvafiq qurumlara göndərilməsi təmin olunacaq.
Qeyd edək ki, qəbul mərkəzi icra hakimiyyəti orqanları və digəridarəetmə qurumlarının rəhbərlərinin şəhər və rayonlarda iyul ayıüzrə vətəndaşların qəbulu cədvəlinə əsasən həyata keçirilib.