Bakı. Trend:
“Baku Network” analitik mərkəzinin Azərbaycan RespublikasıQeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin dəstəyiilə icra edilən “Hibrid və ideoloji təhdidlərin təhlili” layihəsiçərçivəsində növbəti tədbir keçirilib.
Trend xəbərverir ki, tədbirdə “Baku Network” mərkəzinin rəhbər şəxsləri,ekspert üzvləri, qeyri-hökumət təşkilatları və media şirkətlərininnümayəndələri iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan “Trend” Beynəlxalq İnformasiyaAgentliyinin direktor müavini, “Baku Network”ün layihə direktoruSahil Kərimli bildirib ki, bu layihə çərçivəsində həm Azərbaycanda,həm də əsas hədəf olan Avropada, xüsusilə də Fransanın paytaxtıParisdə müəyyən tədbirlər keçiriləcək. O həmçinin, bir müddət əvvəlFransadakı Azərbaycan səfirliyinin Mədəniyyət Mərkəzində şəhidjurnalistlərin fotosərgisinin təşkil edildiyini də xatırladıb.
“Baku Network”ün direktoru Elçin Ağacanov vurğulayıb ki, kütləviinformasiya vasitələri ilə yanaşı, cəmiyyətdə də hibrid təhükələrinnə olduğunu tam anlayanlar çox azdır: “Hibrid təhlükə sadəcə hakerhücumu, saxta məlumat yaymaq, süni intellektdən istifadə edərək,deyilməyənləri deyilən kimi təqdim etmək deyil. Hibrid təhlükəözümüzdən özümüzə qarşı istifadə etmək cəhdləridir. Məhz bununəzərə alaraq hibrid təhükələrin təsnifatını apardıq. Eyni zamanda,ideoloji təhlükələrin də təsnifatını hazırlamaq niyyətindəyik.Fəaliyyətimizi daha geniş aspektdə davam etdirmək istəyirik”.
Öz növbəsində Beynəlxalq Mətbuat İnstitutunun Azərbaycan MilliKomitəsinin rəhbəri Umud Mirzəyev deyib ki, indiki zamandaşəbəkələrin, informasiya imkanlarının, yeni texnologiyalarınformalaşması, xüsusən “Baku Network” kimi qurumların fəaliyyətinəböyük zərurət yaradır: “Bu layihənin ölkə üçün əhəmiyyətininfərqindəyik. Bu cür layihələrə daha çox dəstək verilməlidir.Fransaya səfər, UNESCO çərçivəsində görüşlər, sərgilər, yayılanmateriallar, yeni ekspertlərlə yaranan əlaqələr çox böyüknailiyyətdir”.
Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatınınsədri Cəlil Xəlilovun sözlərinə görə, dünyada və qonşu dövlətlərdəgedən proseslər məcbur edir ki, hərbi və ideoloji təhlükəsizliyəxüsusi diqqət yetirilməlidir:
“Təhlükəsizlik dövlətin prioritet məsələlərindəndir. Yenitexnologiyaların meydana gəlməsi bu məsələləri çətinləşdirməkləyanaşı, digər tərəfdən də asanlaşdırır. Çünki imkanlar dahagenişlənir, böyükmiqyaslı informasiyalar ala bilirik. Belə birşəraitdə cəmiyyət özü də informasiya savaşına hazır olmalıdır”.
Daha sonra “Cümhuriyət” qəzetinin baş redaktoru, “Cebhe.info”xəbər portalının direktoru Rafail Becanov isə bildirib ki, layihədövrümüzün aktual məsələləri istiqamətində fokuslanıb: “KİV,QHT-lər, sosial media platformaları belə bu məsələyə xüsusi diqqətayırırlar. Müxtəlif mövzulu saxta informasiyaları yerləşdiribinsanları manipulyasiya etmək mümkündür. Baş verənlər təkcəkibercinayətklarlıq deyil, bu, orduya, dövlət strukturlarına datəsir edir”.
Çıxışı zamanı Jurnalistlərin Həmkarlar İttifaqının sədri MüşfiqƏləsgərli vurğulayıb ki, tədbirdə qaldırılan mövzu müasir dünyadaolduqca aktualdır: “Azərbaycan üçün isə bu üçqat aktuallıq kəsbedir. Biz dünya siyasi mərkəzlərinin diqqət mərkəzindəyik. Hibridtəhdidlərlə, informasiya savaşı ilə bağlı nə baş verirsə, müxtəlifölkələrdə, bəlkə, komponentlərdən təkcə biri mövcuddur. Lakinonların hamısı birləşib Azərbaycanın üzərinə düşür. Ona görə dətəhdidlərin yaxın vaxtlarda səngiyəcəyini gözləməməliyik”.
Tədbirdə həmçinin, APA İnformasiya Agentliyinin baş redaktoruNurşən Quliyev, tarixçi Yəhya Babanlı da çıxış edərək layihəninbeynəlxalq miqyasda Azərbaycan üçün əhəmiyyətindən söz açıblar.
Qeyd edək ki, “Baku Network” 2025-ci ilin mayından avqustunsonunadək “Azərbaycana qarşı hibrid və ideoloji təhdidlərintəhlili” layihəsini həyata keçirəcək. Layihəyə dövlət qurumlarınındəstəyi ilə beynəlxalq ekspertlər və analitiklər cəlb olunub.
Layihənin məqsədi Azərbaycan suverenliyinə, beynəlxalqreputasiyasına və strateji maraqlarına yönəlmişinformasiya-psixoloji hücumların (media kampaniyalar,dezinformasiya, ideoloji təsirlər və s.) mənbələrini aşkar etmək vəonlar qarşısında sistemli yanaşma ilə zərərsizləşdirməkdir.