AZ

İtaliyanın diqqətçəkən bəyanatı: Fələstin İsraili tanısa, biz də Fələstini tanıyacağıq!

İtaliya Baş nazirinin müavini və xarici işlər naziri Antonio Tajani Fələstin Dövlətinin tanınmasının yalnız Fələstinin də İsraili tanıdığı halda mümkün ola biləcəyini bildirib.

Turkustan.az xəbər verir ki, Forza Italia partiyasının toplantısında çıxış edən Tajani, Fransanın Fələstin Dövlətini tanıyacağını elan etməsindən sonra İtaliyanın mövqeyinə aydınlıq gətirib. O qeyd edib ki, rəsmi Roma hələlik Fələstini tanımağa hazır deyil:

"İtaliya iki xalqın və iki dövlətin həllini dəstəkləyir. Lakin bu, yalnız Fələstin tərəfinin də yeni İsraili tanıması ilə mümkündür. Biz bir tərəfin qalib gəldiyi yox, davamlı sülhün təmin olunduğu bir həll istəyirik."

Tajani həmçinin vurğulayıb ki, İtaliya Qəzza bölgəsindən ən çox qaçqını qəbul edən ölkələrdən biridir:

"Artıq qırğınlara və aclığa dözə bilmərik. Dərhal atəşkəsin əldə olunması zəruridir. Biz İsrailin dostuyuq, amma bunu onlara da açıq şəkildə bildirmişik".

Nazirin bu açıqlamaları, İtaliyanın Yaxın Şərqdə sülh və sabitlik naminə balanslı və diplomatik yanaşma nümayiş etdirmək niyyətində olduğunu göstərir.

Aytən Yaşar/ Turkustan.az

Seçilən
10
1
turkustan.az

2Mənbələr