
Televiziya proqramlarında maliyyə şərhləri ilə tanınan iqtisadçı Nazlı Sarp, İstanbulun Bakırköy rayonundakı evində ölü halda tapılıb. Ekol TV-nin məlumatına görə, polis hadisə yerində ətraflı araşdırma aparıb. Sarpın meyiti ölüm səbəbinin müəyyənləşdirilməsi üçün Məhkəmə-Tibbi Ekspertizaya göndərilib. Ölüm şübhəli hal kimi qiymətləndirilir – Sarpdan 2-3 gündür xəbər alınmırdı. Hadisə yerinə gələn prokuror onun ölümünü şübhəli hesab edib. Qeyd edək ki, Nazlı Sarp təxminən üç həftə əvvəl Ekol TV-yə çıxaraq iqtisadiyyatla bağlı fikirlərini bölüşmüşdü. "Altın hələ də güvənli limandırmı?" sualına cavabında o demişdi:“Çox yüksək rekordlar gözləməsək də, altın və gümüş hər bir sərmayə səbətində mütləq olmalıdır. Məncə isə birja yüksələn ulduz olmağa namizəddir.”Ulusum.az
Diqqət Çəkənlər
İşdə stress? Sakitliyi qorumağın 5 asan yolu
Mixail Qusman TASS-dakı yüksək vəzifəsindən azad edildi
Aysel Teymurzadə boşanır?