Türkiyə Böyük Millət Məclisinin (TBMM) tərkibində Terrorsuz Türkiyə Komissiyası yaradılır.
Operativ Media "TRT Haber"ə istinadən xəbər verir ki, TBMM rəhbərliyi rəsmi məktub göndərərək siyasi partiyalardan komissiyaya üzv təqdim etmələrini istəyib.
Məlumata görə, Komissiya 51 üzvdən ibarət olacaq və burada partiyalar parlamentdəki mandat bölgüsünə uyğun olaraq təmsil olunacaqlar.