BAKI, 25 iyul. TELEQRAF
"Çalışırıq ki, mədəniyyət xadimlərimizin, mədəniyyət sahəsində çalışan işçilərimizin yanında olaq. Yaşlı və gənc fərqi qoymadan onlara dəstək göstəririk".
Teleqraf xəbər verir ki, bunu mədəniyyət naziri Adil Kərimli Allahverdi Yolçuyevin corab satması iləbağlı jurnalistlərə açıqlamasında deyib.
O bildirib ki, əlavə sosial təminatlar qanunvericilik səviyyəsində təmin olunub:
"Mədəniyyət sahəsində çalışanlarla bağlı dövlətimizin sosial təminat paketləri çoxdur. Bu mexanizmin inkişaf etdirilməsi istiqamətində müvafiq dövlət qurumları mütəmadi olaraq fəaliyyətlərini koordinasiya edirlər. Cənab Prezidentin sözügedən istiqamətdə tapşırıqları var".
Nazir əlavə edib ki, mədəniyyət sahəsində sosial təminatla bağlı qanunvericilikdə ciddi islahatlar nəzərdə tutulur.