ain.az, Bizimyol portalına istinadən məlumat verir.
“Kars-İğdır-Naxçıvan dəmir yolu Türkiyənin Qarabağ zəfərindən sonra açılacaq olan Zəngəzur koridoruna bir hazırlığıdır. Yəni Qarabağ zəfəri sonrası Zəngəzur koridoru açıldığı vəziyyətdə həm Türkiyənin, həm Azərbaycanın sosial-iqtisadi və siyasi təsiri artacaq. Çünki Kars-Tiflis-Bakı dəmir yolundan sonra Kars-İğdır-Naxçıvan və dolayısı ilə Zəngəzur üzərindən Bakıya bağlanmış olması ipəkdən dəmir yolunun iki qolunun da hazırlanması deməkdir”.
Bu barədə Bizimyol.info xəbər portalına danışan Türkiyənin Atatürk Universiteti İqtisadiyyat və İdarəetmə fakültəsinin müəllimi, professor Kərəm Qarabulud açıqlamasında bildirib ki, bu, həm Azərbaycanla Türkiyənin bölgəsəl gücünü artıracaq, həm də iki ölkə arasındakı xarici ticarəti 2,7 milyard dollardan 15-20 milyard dollara qədər artıracaq və bununla yanaşı, Türk dünyası ilə olan iki ölkənin etibarının artması ilə xarici ticarəti də artacaq.
Kərəm Qarabulud
Kərəm Qarabulud hesab edir ki, Kars-İğdır-Naxçıvan dəmir yolu Tiflis-Bakı dəmir yoluna alternativ olaraq düşünülməməlidir.
“Kars-İğdır-Naxçıvan dəmir yolu Türkiyə üçün faydalıdır. Çünki Naxçıvan üzərindan keçəcək. Yəni bir türk torpağındna keçəcək. Bu yaxın – qardaş olan, qədim dostu olan bir ölkənin torpağına bağlanma prosesidir. Bu Kars-Tiflis-Bakı dəmir yolunun alternativi deyil, tamamlayıcısı ya onun təsirini artıracaq bir yoldur. Bu yol açıldığı zaman yeni bir çağ başlayacaq. Kars-Tiflis-Bakı dəmir yolunun açılması Zəngəzurun açılması təsiri başlayarsa, həm beynəlxalq, həm də qitələr arası əlaqələrə aktivləşəcək. Çünki bu yolun açılması ilə bir çox ölkə bir-birinə bağlanacaq. Məsələn; Çinlə Avropa arasında ya artıq kəsintisiz uyğun bir yolla nəqliyyat mümkün olacaq, sərnişin daşıma həyata keçirilə biləcək. Digər tərəfdən Kars-İğdır-Naxçıvan dəmir yolu regional yeni reallıqların meydana çıxmasına səbəb olacaq. Türkiyənin Şərqi Anadolu bölgəsi ilə Qarabağda istehsal edilən məhsulların birləşdirilib, bütün dünyaya təqdim edilməsi kimi bir nəticə ortaya çıxacaq”-deyə Kərəm Qarabulud bilirib.
İradə Cəlil, Bizimyol.info
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.