Lyuk Şou bu yay "Mançester Yunayted"i tərk edə bilər.

Offsideplus.az xəbər verir ki, 30 yaşlı futbolçu yaxşı təklif gəlsə, bunu ciddi şəkildə düşünür. Səudiyyə Ərəbistan klubları onunla maraqlanır.

Bu barədə "Sun Sport" məlumat yayıb.

Şou 2014-cü ildən "qırmızı şeytanlar"da çıxış edir. O, son iki mövsümdə zədələrə görə cəmi 27 oyunda meydanda olub.

İngilis futbolçunun klubla müqaviləsi 2027-ci ilin yayına qədərdir.