AZ

İri bankdan 40 milyon manatlıq istiqraz biraxılışı: İLLİK 10.5% GƏLİR TƏKLİF EDİR

25 iyul 2025-ci il tarixində Bakı Fond Birjasının (BFB) Listinq Komitəsinin qərarı ilə "PAŞA BANK" ASC-nin 40 milyon manatlıq istiqrazlarının ticarətə buraxılması üçün “Ticarətə İcazə” qərarı verilib.

Bu barədə Birja məlumat yayıb. 

Qeyd olunan qiymətli kağızların abunə yazılışı 30.07.2025-ci il tarixində başlayıb, 12.08.2025-ci il tarixinə (bu tarix də daxil olmaqla) kimi 10 (on) iş günü ərzində aparılacaqdır.

Qiymətli kağızların abunə yazılışı üsulu ilə yerləşdirilməsi isə 14.08.2025-ci il tarixində başlanılacaqdır.

İstiqrazlar üzrə məlumat aşağıdakı kimidir:

Emitentin adı:  "PAŞA BANK" ASC

Dövlət qeydiyyat nömrəsi – İSİN:  AZ2006006624

İstiqrazların növü və forması:  Faizli, təminatsız, sənədsiz, adlı istiqrazlar

Ticarət üsulu/forması:  Kütləvi/ Abunə Yazılışı

İstiqrazların sayı:  40 000 ədəd

İlkin ticarət qiyməti:  1000 manat

İstiqrazların buraxılış həcmi: 40 000 000 manat

İllik gəlirlilik faizi: 10.5%

Ödəmə Periodu: İlk istiqrazın yerləşdirildiyi tarixdən etibarən hər 3 (üç) təqvim ayından bir (bir ayda 30 gün olduğunu qəbul etmək şərti ilə) ödənilir

Tədavül müddəti:  12 ay

Ticarət tarixi:  14.08.2025

Anderrayter:  “PAŞA Kapital İnvestisiya Şirkəti” QSC

Seçilən
12
1
marja.az

2Mənbələr