Bakı. Trend:
Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi yerli qidaməhsullarının beynəlxalq bazarlara, xüsusilə Avropa İttifaqı (Aİ)ölkələrinə çıxış imkanlarının genişləndirilməsi və ixracpotensialının gücləndirilməsi məqsədilə həyata keçirdiyi tənzimləməvə nəzarət tədbirlərini davam etdirir.
AQTA-dan Trend-ə verilən məlumata görə, tədbirlər çərçivəsindəakvakulturadan əldə olunan kürü məhsullarına dair illik MonitorinqPlanlarının hər il mütəmadi olaraq uğurla icra edilməsi nəticəsindəölkəmizdən Avropa bazarlarına akvakulturada yetişdirilənnərəkimilərdən əldə olunan kürü məhsulunun ixrac icazəsi2025-2026-cı illərdə də qüvvədə saxlanılır.
Eyni zamanda, Agentlik tərəfindən balıq məhsullarının da Aİbazarlarına çıxış imkanlarının təmin edilməsi məqsədilə MonitorinqPlanı hazırlanıb və Avropa Komissiyasının Səhiyyə və QidaTəhlükəsizliyi üzrə Baş Direktorluğuna təqdim edilib. Beləliklə,Avropanın müvafiq qurumu tərəfindən texniki qiymətləndirməaparılaraq Azərbaycan balığının Aİ-yə ixracı məqsədi ilə hazırlananMonitorinq Planı uyğun olduğu üçün qəbul edilib.
Qeyd edilib ki, Aİ ölkələrinə heyvan mənşəli qida məhsullarınınixracına icazə verilməsi üçün ölkələrin qida təhlükəsizliyisistemi, eləcə də bu sahədəki qanunvericilik, habelə nəzarət vətənzimləmə tədbirləri Avropa qanunvericiliyinə uyğunlaşdırılmışolmalıdır. Azərbaycan bu istiqamətdə öhdəliklərini ardıcıl olaraqyerinə yetirir və beynəlxalq tərəfdaşlarla qarşılıqlı etimadəsasında əməkdaşlığı davam etdirir.