Bu ilin yanvar-iyun aylarında Azərbaycanın qiymətli kağızlar bazarında 36 855,9 milyon manatlıq əməliyyatlar aparılıb ki, bu da bir il əvvəlki göstəricisini təxminən 2 dəfə üstələyir.
Azərbaycan Mərkəzi Bankının hesabatına əsasən, əməliyyatların 3 072 milyon manatı ilkin, 33 783,9 milyon manatı isə təkrar bazarda formalaşıb.
Hesabat dövründə qiymətli kağızlar bazarında 15 920 əqd bağlanıb (+2,2 dəfə). 1494 əqd ilkin bazarda, 14426 əqd isə təkrar bazarda aparılıb.