Bakı. Trend:
Gələcəkdə Azərbaycan Dövlət Neft Fondu (ARDNF) digər inkişafetmiş bazarlarda da bərpa olunan enerji və strateji infrastruktursahəsində investisiya imkanlarının dəyərləndirilməsiniplanlaşdırır.
Bu barədə Trend-in sorğusuna cavab olaraq ARDNF-dənbildirilib.
"Enerji keçidi, rəqəmsallaşma və logistika kimi qlobal trendlərFondun investisiya gündəmində əsas istiqamətlərdən biridir və buçərçivədə həm birbaşa, həm də müştərək investisiya formatlarındastrateji təşəbbüslərlə çıxış etməyə davam edəcəyik", - Fonddanvurğulanıb.
Qeyd edilib ki, Azərbaycan Dövlət Neft Fondunun (ARDNF)“Enfinity Global” şirkətinə məxsus 402 MVt-lıq günəş enerjisiportfelində pay əldə etməsi, Fondun uzunmüddətli və məsuliyyətliinstitusional investor kimi həm maliyyə dayanıqlılığına, həm dəqlobal enerji keçidinə verdiyi strateji töhfənin bariz nümunəsidir:"Bu investisiya nəticəsində hər il təqribən 685 milyon kilovat-saattəmiz enerji istehsalı və 185 min tona yaxın karbon emissiyasınınazaldılması nəzərdə tutulur. Eyni zamanda, layihə İtaliyanın enerjitəhlükəsizliyinə, əhalinin enerji təminatına və Avropa İttifaqınınREPowerEU planına dəstək verir".
Məlumatda vurğulanıb ki, Fond üçün bu investisiya coğrafidiversifikasiyanın və real aktivlər portfelinin genişləndirilməsibaxımından əhəmiyyətlidir.
"Uzunmüddətli enerji alqı-satqı müqavilələrinə (PPA) əsaslananbu layihə proqnozlaşdırıla bilən və inflyasiyaya uyğunlaşdırılmışgəlir axınları təmin etməklə Fondun maliyyə sabitliyinigücləndirir. Bundan əlavə, bu tərəfdaşlıq ARDNF-yə İtaliya kimiəsas bir bazarda mövqeyini möhkəmləndirməyə və dayanıqlı enerjisahəsində ekspertizasını daha da dərinləşdirməyə imkan yaradır", -deyə məlumatda bildirilib.
Qeyd edək ki, cari ilin iyulun 18-də Romada AzərbaycanRespublikasının Dövlət Neft Fondu (ARDNF) ilə “Enfinity Global”şirkəti arasında sövdələşmənin bağlanması mərasimi keçirilib.Tədbirdə İtaliya hökumətinin nümayəndələri, diplomatlar və mediatəmsilçiləri iştirak ediblər. Mərasimdə ARDNF-nin icraçı direktoruİsrafil Məmmədov, “Enfinity Global”ın Avropa üzrə rəhbəri XulioFurnye Fisas və İtaliyanın Sahibkarlıq və “Made in Italy” proqramıüzrə Nazirliyinin Bazarların Müdafiəsi Departamentinin direktoruAmedeo Teti iştirak ediblər.
Sövdələşmə çərçivəsində SOFAZ “Enfinity Global” şirkətinə məxsusümumi gücü 402 MVt olan günəş elektrik stansiyaları portfelinin 49faizini əldə edib. Şirkət isə 51 faizlik nəzarət payını saxlayaraqaktivlərin uzunmüddətli idarəçiliyini davam etdirəcək.