AZ

Zalujni: “Müharibə 2034-cü ilədək uzanacaq”

Ukraynanın Londondakı səfiri Valeriy Zalujni, Rusiya-Ukrayna müharibəsinin mövcud strategiyalarla 2034-cü ilə qədər davam edə biləcəyini açıqlayıb.

"Cebheinfo.az" xəbər verir ki, “LB.ua” saytına verdiyi müsahibəsində Zalujni bildirib:

“Əgər yalnız atəşkəsə yönəlir və gələcək üçün müdafiə gücümüzü qurmağa çalışmırıqsa, bu müharibə 2034-cü ilə, bəlkə də daha da uzun müddətə uzana bilər”.

Kiyev hökumətinin müharibəni 2025-ci ildə bitirmək hədəfinin real olub-olmadığı müzakirə mövzusuna çevrilib.

Baş nazir Yuliya Sviridenkonun yanvarda verdiyi nikbin açıqlamalarla Zalujninin bədbin proqnozu arasında ciddi fərqlər var. Beynəlxalq Valyuta Fondu (IMF) isə Ukrayna iqtisadiyyatındakı böhranın müharibənin müddətinə təsir göstərəcəyi barədə xəbərdarlıq edib. Rusiya Prezidenti Vladimir Putin isə “sülh zaman məsələsidir” deyərək, Rusiyanın öz şərtləri ilə bir həll yolu axtardığını bildirib.

Seçilən
71
cebheinfo.az

1Mənbələr