Artıq neçə gündür ki, Azərbaycanda bəzi tütün məmulatlarının qiyməti artıb. Bu barədə məlumatı siqaret satışı ilə məşğul olan şəxslər verib. Bildirilib ki, artıq bu barədə siqaret satışını həyata keçirən şirkətlər onları məlumatlandırıb.
Ümumilikdə qiymət artımı 20 qəpik civarındadır. Azərbaycanda tütün məmulatlarının daha da bahalaşcağı gözlənilirmi? Mövzuyla bağlı İqtisadçı Xalid Kərimli REFERANS-ın suallarını cavablandırıb.
Ekspert bildirib ki, ümumiyyətlə bazar iqtisadiyyatında qiymətlərin sabit qalması məsələsi yoxdur yəni qiymətlər ya artır ya azalır. Azalma o vaxt ola bilir ki, rəqabət intensiv olsun. Rəqabət qiymətlərə təsir edən ən mühüm faktordur. Lakin davamlı şəkildə qiymətlərin azalmasıda doğru deyil. Çünki bu sahibkarlara böyük ziyan vura bilər. Yəni qiymətlər davamlı hərəkətdədir və stabil məsələ yoxdur.
Eyni zamanda həmsöhbətimiz vurğulayıb ki, xüsusən də son illər infilyasiya və ötən ildəndə ödənişli xidmətlərin bir hissəsində Tarif Şurası işığın, qazın qiymətini qaldırdı, dizelin və benzinin qiymətini qaldırdı həmçinin minimal əmək haqqını artırdı bu isə infilyasiyaya təsir göstərdi.
"Yəni planlı bir hərəkət yoxdur ki, deyək konkret olaraq müəyyən məhsulların qiymətində bu qədər artım olacaq. Lakin təbii ki, siqaret qiymətlərinin artımına baxanda demək olar ki, tütün məhsulların qiymətlərində artım olacaq. Həm də nəzərə alsaq ki, tütün bazarı çox rəqabətli bir bazar deyil məhdud rəqabəti olan bir bazardır. Tütün idxalında və yerli istehsalında çox az sayda şəxslər iştirak edir. Həmin şirkərlər də bazarda olan qiymətləri tənzimləyirlər",- deyə ekspert əlavə edib.
Ləman Xalıqova