AZ

Bostan festivalında ən ağır qarpız və ən ağır yemiş – FOTO

Kürdəmirdə təşkil olunan Bostan festivalında ən ağır qarpız və ən ağır yemiş yetişdirən fermerin kimliyi məlum olub.

Bizim.Media-nın Aran bürosu xəbər ki, müsabiqədə ən ağır qarpız yetişdirən rayonun Pirli  kənd sakini fermer Toğrul Mütəllimov seçilib.

Onun əkib becərdiyi qarpızın çəkisi 19 kq 300 qram olub.

Paralel olaraq ən ağır yemişi Ərəbqubalı kənd sakini fermer Elman Şirinov təqdim edib. Onun çəkisi isə 5 kq 900 qram olub.




Bizim Media, Aran bürosu

Seçilən
63
bizim.media

1Mənbələr