AZ

“Barselona” yeni transferləri də Asiyaya aparır

ain.az, sport24.az portalına istinadən məlumat verir.

"Barselona" yeni  mövsüm ərəfəsində komanda ilə birgə Asiya turnesinə yollanacaq futbolçuların siyahısını açıqlayıb.

30 nəfərlik heyətə yeni transferlər - Markus Reşford və Joan Garsiya da daxildir. Qapıçı Mark-Andre ter Stegen isə belindən əməliyyat olunacağı üçün kollektivdən ayrı düşəcək.

Bundan əvvəl ləğv olunduğu deyilən Yaponiya təmsilçisi "Vissel Kobe" ilə matçın da baş tutacağı müəyyənləşib. Oyun iyulun 27-də Yaponiyada keçiriləcək. Daha sonra Kataloniya klubu Cənubi Koreyaya yollanacaq və orada yerli "Seul" (31 iyul) və "Tequ" (4 avqust) ilə qarşılaşacaq.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
50
sport24.az

1Mənbələr