AZ

Moskvada xüsusi təyinatlılar azərbaycanlı iş adamının şirkətində axtarış aparır 

Rusiyanın paytaxtı Moskvada azərbaycanlı iş adamı Rəhman Xəlilova məxsus olan və neft məhsullarının daşınmasını həyata keçirən "Railgo" şirkətinin ofisində axtarışlar aparılıb.

Moderator.az bu barədə Mash.ru-ya istinadən xəbər verir.

Qeyd olunur ki, şirkətin Moskvanın Lujniki rayonundakı ofisinə gələn xüsusi təyinatlılar və müstəntiqlər orada sənədləri müsadirə ediblər.

Hələlik hadisənin digər təfərrüatları məlum deyil.

Seçilən
84
2
moderator.az

2Mənbələr