AZ

Neftçalaya çirkli su verilir? - ADSEA-dan AÇIQLAMA - FOTOLAR

Netçala rayonuna yeni çəkilmiş su xətlərindən xlorlu, qoxulu su verildiyi bildirilir.

 

Sakinlər Pravda.az-a bildiriblər ki, bəzi həyətlərdə su filtri qoşulsa da, maddi vəziyyəti aşağı olanlar filtr quraşdırmağa imkanları çatmır, çirkli sudan içməli su kimi istifadə etdirlər.

 

Pravda.az məsələni araşdırmaq üçün Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinə sorğu ünvanlayıb.

 

Agentlikdən saytımıza verilən məlumatda qeyd olunub  ki, suyun keyfiyyəti ilə bağlı sakinlər müvafiq rayon su kanal idarəsinə yaxınlaşmalıdırlar. Sakin evinə verilən su ilə bağlı nümunə götürülməsi üçün müraciət etsin, sudan götürülən nümunəyə uyğun olaraq laboratoriyada analiz aparılacaq və suyun keyfiyyəti ilə bağlı göstəricilər abonentə təqdim olunacaq.

 

Aytəkin Qardaşova

Fotoları təqdim edirik
Tarix: 25 İyul 2025, 17:25   
Seçilən
12
2
pravda.az

3Mənbələr