"Bu gün atam Oqtay Gülalıyevin həkimi Bülent Kahyaoğlu onu müayinə edib”.
T.Gülalıyev qeyd edib ki, atasının komadana ayılma ehtimalı böyükdür:
Oğlu atasının sonuncu çəkilən şəklinə diqqət çəkərək, "Şəkildən göründüyü kimi, atam sağ gözünü az da olsa açmaq istəyib”, - deyə bildirib.
Bakı Şəhər Baş Polis İdarəsinin məlumatına görə, Oqtay Gülalıyev taksi fəaliyyəti ilə məşğul olan sürücü Kənan Abdullayevin idarə etdiyi "Hyundai Accent” markalı avtomobillə vurulub. Sürücü Oqtay Gülalıyevi Kliniki Tibbi Mərkəzə çatdırıb. İlkin tibbi yardım göstərildikdən sonra Oqtay Gülalıyev "City Hospital”a köçürülüb, oktyabrın 30-u saat 13 radələrində burada əməliyyat olunub.
Beyin əzilməsi diaqnozu qoyulan Oqtay Gülalıyev noyabrın 1-də Respublika Neyrocərrahiyyə Xəstəxanasının reanimasiya şöbəsinə köçürülüb.
Bir gün sonra Türkiyəyə aparılıb.
Onun bütün müalicə xərclərini Heydər Əliyev Fondu öz üzərinə götürüb.
Hazırda İstanbuldakı "Amerika xəsətəxana”sında koma vəziyyətindədir...
www.anews.az