AZ

Həmin iki ölkə arasında viza məhdudiyyəti başa çatdı

Dünyanın ən çox əhalisi olan iki ölkəsi Hindistan və Çin arasında diplomatik əlaqələrdə yeni dövr başlayıb. 

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bununla bağlı xarici KİV məlumat yayıb.

Bildirilib ki, Hindistan beş illik fasilədən sonra Çin vətəndaşlarına yenidən turistik viza verməyə başlayacağını açıqlayıb. 

Bu qərar, uzun müddətdir donmuş vəziyyətdə olan iki qonşu ölkə arasındakı münasibətlərdə əhəmiyyətli yumşalma siqnalı kimi qəbul edilir.

Hindistanın Pekin Səfirliyi Çin vətəndaşlarının dünəndən etibarən turistik viza üçün müraciət edə biləcəyini elan edib.

Çin Xarici İşlər Nazirliyinin sözçüsü Quo Ciaqun bu inkişafın bütün tərəflərin ortaq maraqlarına uyğun olduğunu bildirib. Quo deyib ki, Çin Hindistanla personal mübadiləsini asanlaşdırmaq və əlaqələri davam etdirmək üçün hazırdır.

Seçilən
45
operativmm.az

1Mənbələr