AZ

Türk hərbi sənayesindən oyun dəyişən texnologiya: “Çelik Kubbe”də istifadə olunacaq

Türkiyənin müdafiə sənayesinin aparıcı şirkəti ASELSAN, IDEF 2025 sərgisi çərçivəsində Prezident yanında Müdafiə Sənayesi İdarəsi (SSB) ilə iki strateji radar sisteminin istehsalına dair mühüm protokollar imzalayıb.

Editor.az xəbər verir ki, sənədlər ALP 200-A Havadan Erkən Xəbərdarlıq Radarı və “Çelik Kubbe” hava hücumundan müdafiə sisteminin əsas komponentlərindən biri olan ALP 400-G radarını əhatə edir. Protokollar SSB rəhbəri Haluk Görgün və ASELSAN-ın baş direktoru Ahmet Akyol tərəfindən imzalanıb.

ALP radar ailəsi, xüsusilə “Çelik Kubbe” sistemindəki rolu ilə diqqət çəkir və Türkiyənin hava məkanının müdafiəsində mühüm əhəmiyyət daşıyır. Hava və dəniz əməliyyatlarında istifadə edilən HİK (Havadan İhbar və Nəzarət) təyyarələri bu radarlarla təchiz olunaraq, real vaxtda geniş əhatəli məlumat ötürə bilir. ALP 200-A sistemi, uçan radar platforması kimi yerüstü radarların görə bilmədiyi sahələri belə müşahidə etmək imkanına malikdir. Bu texnologiya ilə Türkiyə, HİK təyyarələrinin istifadəsində dünyada ön sıralarda yer alır.

Digər tərəfdən, “Çelik Kubbe” sisteminin ən kritik elementlərindən biri olan ALP 400-G radarı da sərgi çərçivəsində imzalanmış protokol əsasında ASELSAN tərəfindən istehsal ediləcək. Bu radar sistemi çoxsaylı hava hədəflərini eyni anda izləmək və təsnif etmək bacarığı ilə fərqlənir. ASELSAN-ın yerli və milli texnologiya ilə hazırladığı bu radarlar, Türkiyənin müdafiə qabiliyyətini yeni mərhələyə daşıyacaq.

//Samir Qurbanov, Editor.az

Seçilən
31
editor.az

1Mənbələr