Cənubi Koreya millisinin kapitanı Hın-Min Sonun gələcəyi yaxın vaxtlarda kəskin şəkildə dəyişə bilər.
90deqiqe.Az xəbər verir ki, ABŞ-ın MLS təmsilçisi "Los-Anceles" klubu 33 yaşlı vingerin transferi ilə bağlı "Tottenhem"ə rəsmi müraciət edib.
London təmsilçisi koreyalı futbolçunun qərarına hörmətlə yanaşacaq və əgər Son İngiltərəni tərk etmək istəsə, klub onun qarşısını almayacaq.
Yaxın günlərdə Hın-Min Son "Tottenhem" rəhbərliyi ilə görüş keçirərək karyerasının növbəti mərhələsi ilə bağlı müzakirələr aparmağı planlaşdırır.
Qeyd edək ki, təcrübəli hücumçu ötən mövsüm sabit çıxışı ilə yadda qalıb. O, "Tottenhem"in heyətində bütün turnirlər üzrə 46 oyuna çıxaraq 11 qol vurub və 12 məhsuldar ötürmə edib.