AZ

Tayland-Kamboca sərhədində gərginlik artır: Döyüşlər müharibəyə çevrilə bilər

Tayland ilə Kamboca arasında sərhəd bölgəsində dünən başlayan döyüşlər bu gün də davam edir.

Tayland Baş Nazirinin müavini Phumtham Wechayachai qarşıdurmaların müharibəyə çevrilə biləcəyi barədə xəbərdarlıq edib və bölgədə gərginliyin artdığını vurğulayıb.

Tayland ordusunun açıqlamasında Kamboca qüvvələrinin mülki ərazilərə yaxın nöqtələrdə ağır silahlar və çox nraket sistemlərindən istifadə etdiyi bildirilib. Döyüşlərin intensivləşdiyi ərazilərdə yaşayan sakinlərin təxliyəsi sürətlə davam edir.

Rəsmi məlumatlara görə, Taylandın dörd sərhəd əyalətində 100 mindən çox insan evlərini tərk etmək məcburiyyətində qalıb. Səhiyyə Nazirliyinin açıqlamasında döyüşlər nəticəsində 14-ü mülki şəxs olmaqla 15 nəfərin həyatını itirdiyi, 46 nəfərin yaralandığı bildirilib.

Kamboca tərəfdən dəqiq itki və yaralı sayı açıqlanmasa da, yerli səlahiyyətlilər Oddar Meanchey bölgəsində bir mülki şəxsin öldüyünü, beş nəfərin yaralandığını və 1500 ailənin təxliyə edildiyini qeyd edib. Preah Vihear sərhəd bölgəsindən isə 20 mindən çox Kamboçyalı təxliyə olunub.

Hazırda hər iki ölkənin sərhədində vəziyyət gərgin olaraq qalır və münaqişənin daha da dərinləşməsi narahatlıq doğurur.

//Samir Qurbanov, Editor.az

Seçilən
17
editor.az

1Mənbələr