Rusiyada azərbaycanlı iş adamı Rəhman Xəlilova məxsus neft məhsullarının daşınması ilə məşğul olan “Railgo” şirkətinin ofisində bu gün axtarışlara başlanılıb.
Operativ Media "Mash"a istinadən xəbər verir ki, ərazidə xüsusi təyinatlılar və müstəntiqlər işləyirlər.
Hüquq-mühafizə orqanlarının əməkdaşları sənədləri müsadirə edir və işçiləri binadan çıxmağa qoymurlar.