AZ

Tibb işçilərinin maaşlarına əlavə nə qədər olacaq?

Xəbər verdiyimiz kimi, Bakıda COVID-19 xəstələrinə xidmət göstərən tibb işçilərinin maaşlarına əlavənin verilmə müddəti uzadılıb. Bəs tibb işçilərinin maaşlarına əlavələrin məbləği nə qədərdir?Bu barədə Metbuat.az-ın sorğusuna İcbari Tibbi Sığortdan cavab verilib. Qurumdan bidlirib ki, yeni növ koronavirus (COVID-19) infeksiyası ilə mübarizə tədbirlərində iştirak edən tibb işçilərinin əməkhaqlarına müddətli əlavənin müəyyən edilməsi barədə” Nazirlər Kabinetinin müvafiq Qərarına uyğun olaraq yalnız yeni növ koronavirus (COVID-19) infeksiyası ilə mübarizə tədbirlərinə cəlb edilən işçilərə cəlb olunduqları iş vaxtına mütənasib olaraq müddətli əlavələr ödənilir:“Müddətli əlavələr TƏBİB tərəfindən təsdiq olunmuş dövlət tibb müəssisələri tərəfindən təqdim edilən siyahılar əsasında, iş vaxtına mütənasib şəkildə hesablanaraq ödənilir".Qeyd edək ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 17 iyul 2025-ci il tarixli 217 nömrəli Qərarına əsasən yeni növ koronavirus (COVID-19) infeksiyası ilə mübarizə tədbirlərində iştirak edən tibb işçilərinin əməkhaqlarına müddətli əlavələrin ödənilməsi 2025-ci il oktyabrın 1-dək uzadılıb.

Ülkər Cəlilzadə / Metbuat.az

Seçilən
7
1
metbuat.az

2Mənbələr