AZ

Şəhid oldu, 17 nəfərin həyatını  xilas etmişdi

Zəlzələ zamanı dağıntılar altından insanları tək-tək xilas edib

Eskişehirdə meşə yanğınını söndürərkən şəhid olan 53 yaşlı AKUT könüllüsü İlker Onarıcının 6 fevral Kahramanmaraş zəlzələsində 17 nəfəri dağıntılar altından sağ çıxardığı məlum olub. Onarıcı həm də 15 illik AKUT könüllüsü və aikido məşqçisi idi.

Sherg.az xəbər verir ki, şəhidin qardaşı Barış Başçı bildirib ki, İlker Onarıcı Kahramanmaraş və İzmir zəlzələlərində xilasetmə işində iştirak edib, 3 gün ac-susuz şəkildə çadır şəraitində xilasedici əməliyyatlar apararaq 17 nəfəri xilas edib. O, sonuncu yanğın əməliyyatına da xəbərsiz gedib və təəssüf ki, həyatını itirib.
Onarıcının 18 yaşlı qızı universitet imtahanında ilk 16 minə düşüb və Ankara Universitetinə qəbul gözlənilir. Ailəsi onunla fəxr edir.

İlker Onarıcı cəsur fədakarlığı ilə canını xilaskarlıq uğrunda fəda edib və daim xatırlanacaq.



Seçilən
56
1
sherg.az

2Mənbələr