ain.az, sport24.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Ötən mövsüm "Turan Tovuz"un qapısını qoruyan İvan Konovalovun yeni klubu müəyyənləşib. Sport24.az xəbər verir ki, rusiyalı qolkiper karyerasını Belarusda davam etdirəcək.
30 yaşlı "çərçivə qoruyucusu" bu ölkənin ən tanınmış klublarından olan Minsk "Dinamo"su ilə müqavilə bağlayıb.
Qeyd edək ki, Konovalov ötən mövsüm Tovuz təmsilçisinin heyətində 22 oyuna çıxıb və qapısında 24 qol görüb.
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.