Rusiyada Ukrayna müharibəsindən sonra başlanan antikorrupsiya təmizləməsi Kreml elitasını silkələyib. Yüksək rütbəli məmurların həbsi, müəmmalı ölümlər və sərvətlərin müsadirəsi ölkənin siyasi dairələrində qorxu yaradıb.
Publika.az "Haber Global"a istinadən xəbər verir ki, Rusiya rəsmilərinin sözlərinə görə, Rusiya prezidenti Vladimir Putin artıq korrupsiyaya göz yumur və onun "qırmızı xətləri" dəyişib.
Keçmiş dövlət rəsmilərindən biri mətbuata açıqlamasında "Yüksək rütbəli məmurların həbsləri və müəmmalı ölümləri ilə bağlı bütün siyasi dairələrdə dərin narahatlıq var. Hamı qorxu içindədir” deyib. O əlavə edib ki, əvvəllər toxunulmaz statusa malik olan Kremlə yaxın iş adamları, nazirlər və yüksək rütbəli məmurlar indi asanlıqla hədəfə alına bilirlər.
Stalin dövrü təkrar olunur?
Rəsmilər arasında “Stalin dövrünün təmizləmələri”nə bənzər qorxu hökm sürür. Kremllə bağlı riskli mövzuların müzakirəsi artıq təhlükəli bir məsələyə çevrilib. Rəsmilərin sözlərinə görə, artıq heç kim riskli məsələlərə qatılaraq özünü təhlükəyə atmaq istəmir.
“BBC”-nin məlumatına görə, Rusiyanın 2022-ci ildə Ukraynaya müharibə elan etməsindən sonra Putini və onun siyasətini tənqid edən çoxsaylı şəxsiyyətlər həyatını itirib. Məsələn, Rusiyanın muzdlu “Vaqner” qrupunun lideri Yevgeni Priqojin Putinə qarşı çevriliş cəhdindən iki ay sonra, 2023-cü ilin iyununda təyyarə qəzasında ölüb. Putin qoşunlarına Moskvaya doğru irəliləməyi əmr edən Priqojini “vətənə xəyanətdə” ittiham etmişdi.
Daha sonra, Arktika Agentliyinin rəhbəri İvan Peşorinin yaxtadan yıxılaraq ölməsi, “Lukoil” şirkətinin keçmiş rəhbəri Aleksandr Subbotinin bir evin zirzəmisində, beş il Kursk vilayətinin qubernatoru işləmiş Roman Starovoitin də Moskva ətrafında ölü tapılması sözügedən müəmmalı ölümlərə nümunədir.