Kamboca-Tailand sərhədindəki münaqişə zonasında intensiv döyüşlər başlayıb.
AFN.az xarici mediaya istinadən xəbər verir ki, bu barədə Kamboca Milli Müdafiə Nazirliyindən bildirilib.
Müdafiə Nazirliyi sərhədə yaxın tarixi Takrabei və Tamoanthom məbədlərinin ərazilərində Kamboca və Tailand qüvvələri arasında şiddətli toqquşmaların baş verdiyini, Tayland qoşunlarının ərazilərə nəzarəti ələ keçirmək cəhdi ilə intensiv hücuma keçdiyini açıqlayıb. Qeyd edilir ki, Kamboca qoşunları cəld və qətiyyətlə cavab verib, müdafiə manevrləri və cavab atəşi ilə hücumu dəf edib.
"Khmer Times" xəbər verir ki, Preah Vihear əyalətində sərhədin digər hissələrinə də güclü atəşə məruz qalması, münaqişə zonasında artilleriya atəşinin baş verdiyi bildirilir.
Kamboca ilə Tailand arasında münasibətlər mayın 28-də Tailand əsgərlərinin Kambocanın Preah Vihear əyaləti ilə Tailandın Ubon Raçathani əyalətləri arasında yerləşən mübahisəli ərazidə, Phong rayonunun Techo Morokot kəndində Kamboca hərbi postunu atəşə tutması nəticəsində baş verən silahlı insidentdən sonra pisləşməkdə davam edir. Nəticədə bir Kamboca əsgəri həlak olub, bir neçəsi yaralanıb.