Rusiyanın Saratov şəhərindəki partlayışda azı 3 nəfər, o cümlədən bir uşaq həlak olub. Metbuat.az xəbər verir ki, bu barədə Rusiya Fövqəladə Hallar Nazirliyi məlumat yayıb. Yaşayış binasında baş verən qaz partlayışı nəticəsində binanın bir hissəsi dağılıb. Hadisə yerinə xilasedicilər cəlb olunub. Faktla bağlı araşdırma aparılır.