AZ

Starmer Zelenskiyə zəng etdi: Britaniyanın dəstəyi sarsılmazdır

Starmer Zelenskiyə zəng etdi: Britaniyanın dəstəyi sarsılmazdır

Böyük Britaniyanın Baş naziri Keir Starmer telefon danışığı zamanı Vladimir Zelenskini Ukraynanın Milli Antikorrupsiya Bürosu (NABU) ətrafında yaranmış qalmaqala baxmayaraq, Londondan gələn sarsılmaz dəstəyə əmin edib.

AFN.az xəbər verir ki, bu barədə Böyük Britaniya hökumət başçısının dəftərxanası tərəfindən yayılan bəyanatda bildirilir.

"Baş nazir vurğulayıb ki, Böyük Britaniyanın Ukraynaya dəstəyi sarsılmaz olaraq qalır və liderlər Ukrayna demokratiyasının mərkəzində müstəqil antikorrupsiya institutlarının rolunun vacibliyi barədə razılığa gəliblər”, - deyə kommünikedə bildirilir.

Starmer və Zelenski növbəti dəfə sanksiyalar vasitəsilə Rusiyaya təzyiqi artırmağa davam etmək zərurətindən danışıblar.

Zelenski Ali Rada tərəfindən NABU və İxtisaslaşdırılmış Korrupsiyaya Qarşı Mübarizə Prokurorluğunun (SAPO) müstəqilliyini faktiki olaraq aradan qaldıran qanunu imzalayıb və bu, Kiyevdə və ölkənin digər böyük şəhərlərində etirazlara səbəb olub.

Seçilən
13
afn.az

1Mənbələr