AZ

Rauf Allahverdiyevin müqaviləsi yenilənmədi, SƏBƏBİ AÇIQLANDI

Rauf Allahverdiyevin hakimlikdən uzaqlaşdırılmasının səbəbi açıqlanıb. Bununla bağlı referinin özünə məlumat verilib.

Hakimlər Komitəsi bu gün rəsmi şəkildə onunla müqavilə yenilənməyəcəyini bildirib. Qərarın səbəbi isə təəccüb doğurub.

Komitədəsən referiyə göndərilən məktubda Allahverdiyevin AFFA-nın nüfuzuna və işgüzar imicinə xələl gətirdiyi bildirilib.

Əlavə olunub ki, böhtam xarakterli açıqlamalar verdiyi üçün onunla əməkdaşlığa davam edilməyəcək.

Qeyd edək ki, ədalət təmsilçisi bir müddət öncə ötən mövsüm Azərbaycan Kubokunun yarımfinal mərhələsinin ilk oyunu çərçivəsində keçirilən “Neftçi” – “Sabah” görüşündə etdiyi səhvə görə hakimlikdən uzaqlaşdırıldığını bildirmişdi.

Seçilən
24
idmanxeber.az

1Mənbələr