AZ

"Qlisin" apteklərdə yoxa çıxdı - AEM açıqlama yaydı

“Dərman vasitələri haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən, ölkəyə dərman vasitələrinin idxalı dövlət tərəfindən deyil, ixtisaslaşdırılmışözəl şirkətlər tərəfindən həyata keçirilir.

Bu barədə Teleqraf-ın sorğusuna cavab olaraq Səhiyyə Nazirliyi Analitik Ekpsertiza Mərkəzindən məlumat verilib.

"Səhiyyə Nazirliyi Analitik Ekspertiza Mərkəzi tərəfindən Qlisin N50, 100 mq, dilaltı tablet dərman vasitəsinin son idxalına 30 aprel 2025-ci il və 24 iyun 2025-ci il tarixlərində icazə verilib. Həmin idxal partiyaları çərçivəsində:

30.04.2025 tarixində – 20 000 qutu,

24.06.2025 tarixində – 16 200 qutu dərman vasitəsi ölkəyə idxal edilib", - məlumatda deyilib.

Bildirilib ki, "Qlisin"-in satışdan yığışdırılması ilə bağlı Analitik Ekspertiza Mərkəzinə hər hansı rəsmi qərar və ya göstəriş daxil olmayıb.

Qeyd edək ki, sözügedən dərman vasitəsi əsasən stress əleyhinə istifadə edilir. Uzun müddətdir ki, apteklərdə tapılmır, stoklarda da "yoxdur" göstərilir.

Seçilən
44
8
teleqraf.com

9Mənbələr