Bakı. Trend:
Rusiya Federasiyası ərazisində satışı həyata keçirilən “Azerçay”məhsullarının dizaynı və üzərindəki yazıda heç bir dəyişiklikyoxdur.
Bu barədə Trend-in sorğusuna cavab olaraq “Azersun Holding”dənməlumat verilib.
Bildirilib ki, qablaşdırma üzərinə heç bir şüar əlavəedilməyib.
“Sosial media hesablarında yayılan video həqiqəti əks etdirmir”,- məlumatda qeyd edilib.
Qeyd edək ki, sosial şəbəkələrdə Rusiya mağazalarında satılanAzərbaycanın "Azərçay" məhsulunun qablaşdırmalarında yenisloqanların peyda olunmasına dair məlumat yayılıb