AZ

"Qusmana qarşı atılan addım ədalətsiz və miskindir" -

Xəbər verdiyimiz kimi, Mixail Qusman TASS informasiya agentliyinin direktor müavini vəzifəsindən azad edilib. Bir sıra iddialara görə, bu qərarın səbəbi onun Şuşada keçirilən forumda iştirakı ilə bağlıdır. Əgər bu iddialar doğrudursa, bəs bu addım Rusiya ilə Azərbaycan arasındakı münasibətlərindəki soyuqluğun təzahürüdür? Tele-tənqidçi, professor Qulu Məhərrəmli Metbuat.az-a açıqlamasında bildirib ki, Mixail Qusmana qarşı atılan addım Rusiya hakimiyyətinin qisas almaq üsullarından biridir: “Qusman Rusiya media və mədəniyyət mühitində tanınan, televiziya aləmində xüsusi nüfuza və çəkiyə malik intellektual bir şəxsdir. O, Rusiya ilə Azərbaycan arasında əlaqələrin yaxşılaşmasına töhfələr verən adamdır. Həm xalq, həm də hakimiyyət onu yaxşı tanıyır. Əlbəttə ki, onun Azərbaycandan olması, hazırkı Rusiya-Azərbaycan münasibətlərinin pisləşməsi kontekstində Qusmana qarşı atılan bu addım ədalətsiz və miskindir. Biz də buna etiraz edirik”. Q.Məhərrəmli qeyd edib ki, bu məsələdə uduzan tərəf Rusiya hökumətidir. Qusman isə kreativ, peşəkar və nüfuzlu bir şəxs olaraq qalır və Rusiya ictimaiyyətində öz hörmətini saxlayır.

Sevinc İbrahimzadə / Metbuat.az

Seçilən
24
1
metbuat.az

2Mənbələr