AZ

Türkiyədə içərisində 12 nəfərin olduğu qayıq yandı

BAKI, 25 iyul. TELEQRAF

Türkiyənin İstanbul şəhəri yaxınlığında yerləşən Kınalıada sahillərində qayıqda yanğın baş verib.

Teleqraf xəbər verir ki, bu barədə "Haber Global" məlumat yayıb.

Bildirilib ki, qayığın içində 12 nəfər olub.

Qeyd edilir ki, hadisə zamanı sərnişinlər özlərini dənizə ataraq xilas olublar.

Məlumata görə, əraziyə dərhal dəniz polisi göndərilib.

Yanğının səbəbi araşdırılır.

Seçilən
44
teleqraf.com

1Mənbələr