
Fransa Prezidenti Emmanuel Makron açıqlayıb ki, ölkəsi bu ilin sentyabrında BMT Baş Assambleyasının sessiyasında Fələstin Dövlətini rəsmi olaraq tanıyacaq. “Bu qərarı verdim. Sentyabrda BMT-də Fələstin Dövlətini tanıdığımızı rəsmən bəyan edəcəyəm. Hazırda ən vacib məsələ Qəzzadakı müharibənin dərhal dayandırılması və dinc əhaliyə yardım göstərilməsidir”, – deyə Makron bildirib.O həmçinin vurğulayıb:🔸 HAMAS-ın silahsızlaşdırılması,🔸 Qəzzanın bərpası və təhlükəsizliyi,🔸 Fələstin Dövlətinin yaradılması və İsraili tanıması bölgədə sabitlik üçün əsas şərtlərdir. Prezident mesajına, Fələstin rəhbəri Mahmud Abbasa ünvanladığı məktubu da əlavə edib. Məktubda Makron iki dövlətin – İsrail və Fələstinin sülh içində birgə yaşaması ideyasına sadiqliyini ifadə edib.Ulusum.az
Diqqət Çəkənlər
Xaricilər Rusiyada daha uzun qala biləcək
İşdə stress? Sakitliyi qorumağın 5 asan yolu
Mixail Qusman TASS-dakı yüksək vəzifəsindən azad edildi