
Səudiyyə Ərəbistanı Fransanın Fələstin Dövlətini tanımaq niyyətini “tarixi” addım kimi alqışlayır və digər ölkələri də bu addımı atmağa çağırır. Bu barədə krallığın Xarici İşlər Nazirliyi “X” sosial şəbəkəsində məlumat yayıb.Nazirlik vurğulayıb ki, Fransanın bu qərarı, fələstinli xalqın öz müqəddəratını təyin etmək hüququ ilə bağlı beynəlxalq ictimaiyyətin konsensusunu bir daha təsdiqləyir.“Krallıq, hələ də Fələstin dövlətini tanımayan bütün ölkələri eyni şəkildə müsbət addım atmağa bir daha çağırır”, – deyə nazirlik bəyan edib.Ulusum.az
Diqqət Çəkənlər
Xaricilər Rusiyada daha uzun qala biləcək
İşdə stress? Sakitliyi qorumağın 5 asan yolu
Mixail Qusman TASS-dakı yüksək vəzifəsindən azad edildi