Formula 1-də 2 həftəlik aradan sonra yarışlar bu həftəsonu Belçikada davam edəcək.

Offsideplus.az xəbər verir ki, az öncə ilk sərbəst yürüşlər başa çatıb. Çempionatın lideri, "Maklaren" pilotu Oskar Piastri hamıdan sürətli olub. Onu "Red Bull" sürücüsü Maks Ferstappen və komanda yoldaşı Lando Norris izləyib.

Qeyd edək ki, bu gün Bakı vaxtı ilə 18:30-da sprintin təsnifat mərhələsi keçiriləcək. Əsas yarış bazar günü baş tutacaq.

Ötənilki Spa yarışını o zaman "Mersedes"də yarışan Lyuis Hemilton qazanmışdı.