AZ

“Bu nə mahnıdır yazmısan?! Ayıbdır!” – Nadir bəstəkara səsləndi + VİDEO

Xəbər verdiyimiz kimi, hazırda Monteneqroda istirahətdə olan tanınmış müğənni Nadir Qafarzadə yeni paylaşımı ilə diqqət çəkib.

Yenisabah.az xəbər verir ki, ifaçı tətil zamanı izləyicilərinə yeni mahnısını təqdim edib. Maraqlısı odur ki, Nadir Qafarzadə təqdimatı yumorla edib.

Belə ki, o, video paylaşımında mahnının bəstəkarı Fərid Kərimliyə zarafatla müraciət edərək bildirib: pizza sifarişi

“Sənə dedim ki, mənə normal bir dənə mahnı yaz. Bu nə mahnıdır yazmısan - "Məni ara?!" Ayıbdır e..."

Yeni mahnının sözləri Tural Xaniyə məxsusdur.

Qeyd edək ki, ifaçı tərəfindən təqdim olunan klip süni intellekt texnologiyası vasitəsilə hazırlanıb. Nadir Qafarzadənin bu fərqli təqdimat tərzi izləyicilər arasında maraqla qarşılanıb.

Aydan Hacı 


Telegram kanalımız
Seçilən
51
2
yenisabah.az

3Mənbələr