Fələstin Dövlətinin vitse-prezidenti Huseyn əl-Şeyx Fransanın Fələstini dövlət kimi tanımaq niyyətini alqışlayıb və Fransa Prezidenti Emmanuel Makrona təşəkkürünü bildirib.
Əl-Şeyx bu barədə sosial şəbəkə “X”də paylaşım edib. O qeyd edib ki, Makron Fələstin Prezidenti Mahmud Abbasa ünvanladığı məktubda Fransanın mövqeyini bir daha təsdiqləyərək, sentyabr ayında Fələstini müstəqil dövlət kimi tanıyacağını bildirib.
“Biz Fransa Prezidenti Emmanuel Makrona təşəkkür edirik. Onun bu mövqeyi beynəlxalq hüquq normalarına sadiqliyin və fələstinlilərin öz müqəddəratını təyin etmək, müstəqil dövlət qurmaq hüququna dəstəyin göstəricisidir,” – deyə əl-Şeyx vurğulayıb.
O, həmçinin Fələstinin tanınması təşəbbüsünə verdiyi dəstəyə görə Səudiyyə Ərəbistanına da minnətdarlığını ifadə edib.
//Samir Qurbanov, Editor.az