PSJ klubu qapıçısı Canluici Donnarumma barədə qərar verib.

Offsideplus.az xəbər verir ki, Paris təmsilçisi italiyalı çərçivə qoruyucusunu bu yay satacaq. Tərəflər arasında uzun müddətdir davam edən müqaviləni uzatmaq üçün gedən danışıqlar müsbət yekunlaşmayıb.

Buna görə onlar 26 yaşlı qapıçını satmağı düşünür. Onun hazırki sözləşməsi gələn ilin yayında bitir.

Bu barədə "L'Equipe" nəşri məlumat yayıb.

Donnarumma ilə "Yuventus", "İnter", "Çelsi" və "Qalatasaray" maraqlanır.

Qeyd edək ki, İtaliya yığmasının üzvü PSJ-də bonuslarla birlikdə illik 10 milyon avro qazanır.