AZ

Zelenski hərbi vəziyyətin və səfərbərliyin uzadılmasına dair qanunları imzalayıb

Ukrayna Prezidenti Vladimir Zelenski ölkədə hərbi vəziyyətin və ümumi səfərbərliyin müddətinin uzadılmasına dair qanunları imzalayıb. Bu barədə məlumat Ukrayna Ali Radasının rəsmi saytında yer alıb.

Məlumata görə, söhbət Ali Radada qəbul edilmiş №13471 və №13472 saylı qanun layihələrindən gedir. Hər iki sənəd Prezident tərəfindən imzalanaraq 25 iyul tarixində parlamentə geri qaytarılıb.

Yeni qərara əsasən, Ukraynada hərbi vəziyyət və səfərbərlik rejimi daha 90 gün müddətinə uzadılıb.

//Samir Qurbanov, Editor.az

Seçilən
9
editor.az

1Mənbələr