"Neftçi" Alfa Konte ilə yolları ayırıb.

Offsideplus.az xəbər verir ki, Syerra Leonedən olan futbolçu ilə müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verilib.

Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Konte 2024-cü ilin yanvarından "ağ-qaralar"da çıxış edirdi. O, "Neftçi"nin heyətində 25 oyuna çıxıb.