İtaliyalı mütəxəssis Andrea Pirlonun yeni komandası bəlli olub.
İdmanxeber.az-ın məlumatına görə, o, “Dubay Yunayted” klubunu çalışdıracaq. Pirlo BƏƏ təmsilçisi ilə razılığa gəlib.
46 yaşlı mütəxəssisin son iş yeri 2024-cü ilin yayında tərk etdiyi “Sampdoriya” idi.
Pirlo “Yuventus” və “Fatih Karagümrük”də də məşqçi kimi çalışıb.