Uşaq Səfirlər Məclisinin Neftçala rayon nümayəndələrinin təşəbbüsü, Neftçala Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə "Konstitusiya və Suverenlik ili" çərçivəsində “Uşaqların zərərli informasiyadan qorunması” adlı maarifləndirici tədbir keçirilib.
QHT.az xəbər verir ki, tədbirdə Uşaq Səfirlər Məclisinin Neftçala rayon nümayəndəsi və fəalları, Neftçala Rayon İcra Hakimiyyətinin, Rayon Polis Şöbəsinin, Şirvan-Salyan Regional Gənclər və İdman İdarəsinin Neftçala rayonu üzrə gənclər və idman sektorunun məsul şəxsləri, “Gündoğar” rayon qəzetinin redaktoru, hüquqşünaslar, psixoloqlar, ictimaiyyət nümayəndələri, gənc skautçular iştirak edib.
Tədbir zamanı mövzu ətrafında geniş çıxışlar olunub.
Tədbirdə Uşaq Səfirlər Məclisinin nümayəndəsi Ruhid Cəfərli çıxış edərək, uşaqların informasiya təhlükəsizliyinin təmin olunmasının, onların yaşına uyğun olmayan, psixoloji və mənəvi inkişafına zərər vura biləcək məlumatlardan qorunmasının vacibliyini bildirib. İnformasiya resurslarından düzgün istifadə, zərərli kontentlə qarşılaşdıqda atılacaq addımlar barədə məlumat verib.
Tədbirin sonunda mövzu ilə əlaqədar videoçarx nümayiş olunub.